İbtidai sinif müəllimlərinin elmi-metodiki seminarı keçirilib. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Gündəlik məsələ, ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün 2013-cü ildə təkrar nəşr olunmuş “Rus dili” (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün) dərsliyinin müzakirəsi olub.
Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilib.
Müzakirələrdə Təhsil Problemləri İnstitutunun əməkdaşı və dərslik müəllifi İsmayılova Zeynəb iştirak ediblər.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Gəncə, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini veriblər.