<b>İstifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkarlandı</b>
15 aprel 2019 12:22 (UTC +04:00)

İstifadəyə yararsız 150 kq heyvan cəmdəyi aşkarlandı

Aprelin 15-i gecə saatlarında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kənd ərazisində vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.

 

Qurumdan Lent.az-a bildirilib ki, baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

 

Aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

Bir daha vətəndaşlardan bu kimi şübhə doğuran hallarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Aygün İbrahimli

Oxşar yazılar