Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, kənar yolda (şəhər istiqamətində) Bağırov körpüsünün alt hissəsində yerləşən tunelə nəqliyyat vasitələrinin girişi qismən məhdudlaşdırılıb. Bu səbəbdən də həmin yolda tıxac yaranır. Sürücülərdən qeyd olunan istiqamətdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Heydər Əliyev prospektində bir neçə kilometr uzunluğu olan tıxac yaranıb.