Tərxun, düşes və limonad müəsissəsində qanun pozuntuları aşkarlanıb
01 iyul 2013 20:11 (UTC +04:00)

Tərxun, düşes və limonad müəsissəsində qanun pozuntuları aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Göyçay rayonunda limonad sexlərində reyd keçiriblər.

 

APA-nın məlumatına görə, rayonun Cəyirli kəndində fəaliyyət göstərən spirtsiz içki istehsal olunan sexə baxış keçirilərkən orada qanun pozuntuları aşkar edilib.

 

Reyd zamanı tərxun, düşes və limonad istehsal edən müəssisənin uyğunluq və gigiyenik sertifikatlarının, resepturanın olmadığı, ölçü vasitələrinin yoxlamadan keçmədiyi, sanitar normalara əməl edilmədiyi aşkar edilib. Bundan əlavə, mütəxəssislərin rəyinə əsasən sexdə texnoloji reqlamentə əməl edilmir və müəssisə limonad istehsalı üçün yararsız sayılır. Komitənin əməkdaşları sexə iradnamə və tələbnamə yazıb, inzibati protokol tərtib ediblər, istehsala və satışa məhdudiyyət qoyublar.

 

Reydlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar