Tələbələrə ailə vəziyyətinə görə akademik məzuniyyət veriləcək
18 fevral 2014 13:28 (UTC +04:00)

Tələbələrə ailə vəziyyətinə görə akademik məzuniyyət veriləcək

 

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”da  akademik məzuniyyətin verilməsi də öz əksini tapıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, tələbələrə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ailə vəziyyətinə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə), sosial məzuniyyətə çıxdıqda, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə akademik məzuniyyət veriləcək.

 

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar