Tələbə və məzunların əmək bazarına inteqrasiyası üçün tədbirlər keçiriləcək
28 mart 2014 22:41 (UTC +04:00)

Tələbə və məzunların əmək bazarına inteqrasiyası üçün tədbirlər keçiriləcək

Bu ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə aktiv məşğulluq tədbirləri keçiriləcək. 

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirlər Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, “Odlar Yurdu” Universitetində təşkil olunacaq.
 

“Karyerada ilk addım” devizi altında təşkil olunan bu tədbirlər yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumatların yaradılmasına xidmət edir. Tədbirlər zamanı tələbə və məzunlar öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmək, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanacaqlar.
 

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən belə tədbirlərin il ərzində digər universitetlərdə, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577
avatar

Oxşar yazılar