TQDK sədri Şamaxı şəhərində Şamaxı, Qobustan və Ismayıllı rayonlarının sakinləri ilə görüşüb. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə qəbulda 20-dək vətəndaş iştirak edib. Görüşdə vətəndaşların problemləri dinlənilib. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.
Bundan başqa sakinlər Komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər.
Qəbul zamanı TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.
Təhsil sahəsindəki problemlərdən TQDK sədrinə şikayət olundu
1077