
Təhsil Nazirliyinə 5,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04