Təhsil Nazirliyindən doktorantura ilə bağlı AÇIQLAMA
14 oktyabr 2013 16:54 (UTC +04:00)

Təhsil Nazirliyindən doktorantura ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi “2013-2014-cü tədris ili üçün doktoranturaya sənəd qəbulunun tarixləri və imtahan günləri dəqiqləşdirilibmi” sualına aydınlıq gətirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2013-cü il üzrə doktoranturaya qəbul imtahanlarının vaxtı qəbul planları təsdiq edildikdən sonra müəyyənləşdiriləcək və bu barədə KİV-ə müvafiq məlumatlar veriləcək. 

 

Nazirliyin məlumatına görə, bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb və doktoranturaya qəbul Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş  "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən həyata keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar