Təhsil Nazirliyi yeni direktor təyin edib
25 fevral 2015 12:00 (UTC +04:00)

Təhsil Nazirliyi yeni direktor təyin edib

0

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Mərkəzə direktor təyin olunan Firuzə Sultanzadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi F. Sultanzadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən “Bioekologiya” kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar