Təhsil Nazirliyi vakant yerlərlə bağlı siyahı hazırlayır
23 oktyabr 2013 17:33 (UTC +04:00)

Təhsil Nazirliyi vakant yerlərlə bağlı siyahı hazırlayır

İlk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə artıq qəbul aparılıb, lakin bununla yanaşı, bir sıra peşə təhsili müəssisələrində vakant yerlər mövcuddur. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar olaraq, noyabr ayına qədər yeni bir siyahının hazırlanıb təqdim edilməsi nəzərdə tutulub.

 

Təhsil Nazirliyi 2013-cü ilin sonunadək təhsil sahəsində istifadəyə verəcək yeni elektron xidmətlərini də açıqlayıb. Təhsil Nazirliyindən  verilən xəbərdə bildirilir ki, nazirliyin rəsmi internet saytında (www.edu.gov.az) elektron xidmətlər bölməsi yaradılıb, saytda interaktiv və informativ xidmətlərin siyahısı göstərilib. Hazırda Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən müraciətin və sənədlərin qəbulu”, “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” və “İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu” üzrə vətəndaşlara elektron xidmətlər göstərilir. Eyni zamanda “Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətlərin, o cümlədən sənədlərin qəbulu”, “Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” üzrə elektron xidmətlər hazırdır və cari ilin sonunadək istifadəyə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1648

Oxşar yazılar