Ali məktəblərdə tələbələr fənn üzrə imtahan zamanı 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla ümumilikdə 51 və daha çox bal topladıqda müvəffəq qiymət almış hesab olunurlar. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”nin tələblərinin gözlənilməməsi akademik borcların yaranmasına səbəb olub: “Əsasnamənin qeyd olunan tələblərinə ciddi riayət olunması barədə respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin rəhbərlərinə təlimati məktub göndərilib”.