Təhsil Nazirliyi bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbulu ilə bağlı məsələyə aydınlıq gətirib.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, müəllimlərin işə qəbulu üzrə qaydalarda “Bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir” ifadəsi yalnız qiyabi formada təhsil alan I-IV kurs tələbələrinə aiddir.
Qiyabi təhsili başa vurub, diplom alan şəxslər işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.