Təhsil Nazirliyi ali məktəblərdə dərslik çatışmazlığına aydınlıq gətirdi
01 noyabr 2013 12:17 (UTC +04:00)

Təhsil Nazirliyi ali məktəblərdə dərslik çatışmazlığına aydınlıq gətirdi

Təhsil Nazirliyi nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmir”. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir. Bununla yanaşı, ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, «tələbələrin sayına görə dərsliklərlə təmin olunma» da meyar kimi nəzərə alınır.

 

Qeyd edək ki, böyük məbləğdə təhsil haqqı ödəmələrinə baxmayaraq, bəzi özəl universitetlərin tələbələri dərslik çatışmazlığı problemi ilə üzləşir.

 

Ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq ixtisasın (ixtisaslaşmanın) tədris planı hazırlanır. Tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanır, həmin dərsliklər aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin imzası ilə qrif (nəşr hüququ) alınması məqsədi ilə Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarına əsasən, dərsliyə qrif verilir. Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır. Bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə Nazirlik bu işə nəzarət etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar