
Təhsil Nazirliyi: "Rusdilli məktəblərdə monitorinq keçiriləcək"
Yeni tədris ilində ümumi təhsil sahəsində bir sıra islahatların həyata keçirilməsi qarşıda durur. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin seçilmiş məktəblərində pilot qaydasında məktəbəhazırlıq təhsilinin təşkili, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq edilməsi, rusdilli məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin monitorinqinin aparılması belə tədbirlərdəndir.
Cari dərs ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.
Şagirdlərin ibtidai təhsil səviyyəsindən sonrakı səviyyəyə keçidinin diferensiallaşdırma əsasında aparılması üzrə təkliflərin müəyyənləşdirilməsi, habelə 12 illik təhsilə keçidlə bağlı müvafiq mexanizmlərin və təşkilati işlərin görülməsi üzrə təkliflərin hazırlanması bu tədris ilində reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir.
Oxşar yazılar

Dörd BÜRC iyul və ya avqust aylarında gözlənilməz böyük pullar alacaqlar
19 iyul 2025 , 09:09
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39