Təhsil Nazirliyi:  Qəbul başa çatdı
25 noyabr 2013 10:29 (UTC +04:00)

Təhsil Nazirliyi: Qəbul başa çatdı

Təhsil nazirinin 11 oktyabr tarixli əmrinə əsasən təşkil olunmuş “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə layihə təkliflərinin qəbulu mərhələsi başa çatıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.

Noyabrın 20-dək   166 layihə təklifi qeydiyyata alınıb. Bunlardan 134 layihə təklifi “Təhsil siyasəti üzrə təşəbbüslər”, 32 layihə təklifi isə “Təhsil sahəsi üzrə tədqiqat təşəbbüsləri ” istiqamətini əhatə edir.

Təhsil Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən növbəti iki həftə ərzində layihələrin seçimi aparılacaq. Komissiya tərəfindən seçilmiş layihə müəllifləri ilə əlaqə saxlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar