Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən “Yaşıl məktəb” aksiyasına start verir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Verilən məlumata görə, aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılacaq.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Aksiya aprelin sonunadək davam edəcək.