Təhsil Nazirliyi: “Qızıl və gümüş medallar yalnız mənəvi stimuldur”
19 iyul 2013 16:11 (UTC +04:00)

Təhsil Nazirliyi: “Qızıl və gümüş medallar yalnız mənəvi stimuldur”

 

Təhsil Nazirliyi qızıl və gümüş medalların şagirdlərə hansı üstünlüklər verdiyinə aydınlıq gətirib.

 

Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi bəyan edib ki, şagirdlərin təlimdə xüsusi nailiyyətlərə görə qızıl və ya gümüş medalla təltif olunması onların həyatında mühüm hadisə və mənəvi stimuldur.

 

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov bu il tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq 238 məzunun qızıl, ta orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik “4” qiymət aldıqlarını əsas tutaraq 10 məzunun gümüş medala layiq görülməsi barədə əmr imzalayıb. Qızıl və gümüş medal alacaq məzunların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar