Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə bu gün müsahibə keçiriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirib ki, 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçirilib.
Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Avqustun 29-da müraciətlərin qəbulu başa çatıb.