Təhsil naziri Qəbələdə qəbul keçirib
28 iyun 2014 16:05 (UTC +04:00)

Təhsil naziri Qəbələdə qəbul keçirib

Təhsil naziri Mikayıl Cabbarov iyunun 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir Qəbələ ilə yanaşı, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləyib.

 

Müraciətlər əsasən ali təhsil, tələbələrin ali və orta ixtisas məktəblərindən digərinə köçürülməsi, məktəbdaxili kurs dəyişikliyi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və sair məsələlərlə bağlı olub.

 

Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar