Təhsil naziri Mikayıl Cabbarov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransı çərçivəsində Bakıda səfərdə olan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Görüş zamanı təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.