Təhsil naziri doktorantlarla bağlı əmr verdi
11 oktyabr 2013 10:22 (UTC +04:00)

Təhsil naziri doktorantlarla bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının keçirilməsi barədə əmr verib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmr doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, habelə elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə verilib.

 

Nazirin əmrinə əsasən, doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı 19-20 dekabr tarixlərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Azərbaycan Dillər Universitetinin rektoruna konfransın yüksək səviyyədə təşkilini və materiallarının nəşrini təmin etmək tapşırılıb.

 

Ali  təhsil  müəssisələrinin rektorları ciddi elmi nəticələri olan  doktorant və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və noyabrın 15-dək Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1837

Oxşar yazılar