Təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanla İSESKO arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, mövcud və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.