Təhsil Mərkəzi: Rusiyadakı gənclərimizin hədələrlə üzləşməsini pisləyirik
04 noyabr 2013 13:20 (UTC +04:00)

Təhsil Mərkəzi: Rusiyadakı gənclərimizin hədələrlə üzləşməsini pisləyirik

Gənclər üçün Təhsil Mərkəzi Rusiyada yaşayan 14 yaşlı həmyerlimizin bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı Rusiyada fəaliyyət göstərən gənclər təşkilatlarına müraciət edib.  

Lent. az-ın məlumatına görə, müraciətdə son günlər ərzində Rusiyada milli zəmində baş verən süni qarşıdurmaların Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurduğu ifadə olunub. Bildirilib ki, əhali arasında diskriminasiya meyllərinin  çoxalması  milli zəmində həyəcanın getdikcə artmasına, həmyerlilərimizin  hüquqlarının  pozulmasına və ciddi psixoloji sarsıntı  keçirməsinə səbəb olub. Bu problem xüsusilə yeniyetmə və gənclərdə ksenofobiya hislərinin daha geniş yayılmasına gətirib çıxarıb.

Mərkəz, ötən gün Rusiyada orta məktəb şagirdi, sağlamlıq imkanları məhdud olan  1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun  sərnişin avtobusunda döyülməsini və Rusiyadakı gənclərimizin yersiz hədələrlə üzləşməsini kəskin pisləyib.

Müraciətin sonunda Rusiyadakı gənclər təşkilatlarından xahiş edilib ki, iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyə xələl gətirən  bu problemlərin tezliklə aradan qalxmasına səy göstərsinlər.

Müraciət 50-dən artıq Rusiya gənclər təşkilatına göndərilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar