Bakı məktəbinin müəllimləri üçün sınaq qiymətləndirilməsi keçiriləcək. Bakı Şəhər üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə iyunun 10-dan 13-dək Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.
Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20–də sınaq qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub.
Artıq bu həftədən başlayaraq sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq.
Qeyd edək ki, qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulub.