Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək. İdarədən Lent.az-a verilən məlumata görə, görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcək.
Qeyd edək ki, görüşlərin yeri və vaxtı barədə öncədən ictimaiyyətə məlumat veriləcək.