Güney Azərbaycanın Şərqi Azərbaycan əyaləti Ümumi Əmakininə (mənəvi məsələlərə) Nəzarət polisinin rəisi Əlirza Hünərdust Təbrizdə 41 video və kompüter mağazasının qapadıldığı haqda açıqlama verib.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə,o,dükanların bağlanmasını «qeyri-mədəni məhsulların satışı» ilə əlaqələndirib.
Onun sözlərinə əsasən, 272 kompüter mağazası, internet klub və mobil telefon mağazasında aparılmış yoxlama zamanı çoxlu sayda yaddaş kartı, «CD» və 10 ədəd kompüter müsadirə olunub.
Polis rəisi əməllərinə belə aydınlıq gətirib: “Qeyri-mədəni məhsulların satışı ilə məşğul olan vətəndaşlar barəsində cinayət işi hazırdır və həmin işlər məhkəməyə göndərilib. Bu əməlinə görə 41 mağaza bağlanıb, 93 nəfər dükan sahibindən, yaxud satıcıdan qeyri-mədəni mal satmayacaqlarına dair iltizam alınıb”.