Təcili tibbi yardıma dair yeni qaydalar təsdiqlənib
13 mart 2017 15:52 (UTC +04:00)

Təcili tibbi yardıma dair yeni qaydalar təsdiqlənib

 

 

Səhiyyə naziri Oqtay Şirəliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən  əmr imzalayıb.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Telesəhiyyə texnologiyaların tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” imzalanmış əmrə dair yeni Qaydalar təsdiqlənib.


Qaydalarda Təcili və Təxirəsalınmaz Konsultativ Tibbi Yardımın (TTKTY) – tibb müəssisələrində müalicə alan pasiyentlər və zərərçəkənlərin həyat və sağlamlığına təhlükə yarandığı halda yerlərdə lazımi müalicə və diaqnostika imkanlarının məhdud olduğu zaman həyata keçirilməsi əks olunub.

TTKTY Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti, xidməti müqavilə əsasında - digər ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında fəaliyyət göstərən alimlər, aparıcı mütəxəssislər, ixtisaslaşmış həkim məsləhətçilər tərəfindən aparılır.

 

TTKTY-nin təmin edilməsi məqsədi ilə aviasiya, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.


TTKTY briqadasının çağırılmasına əsaslarda tibb müəssisələrində müalicə alan pasiyentlərin həyat və sağlamlığına təhlükə yarandığı halda və yerlərdə lazımi ixtisas üzrə mütəxəssis olmadığı və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin olmaması, aparılan müalicənin effektsiz olması və nəticədə pasiyentin sağlamlıq vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostikası və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması, pasiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurətin yaranması kimi səbəblər qeyd olunur.

 

Bundan əlavə qaydalarda müasir telesəhiyyə texnologiyalarından (o cümlədən internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları) istifadə edilməsi əks olunub.  Həmçinin on-line video konfrans – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə xüsusi proqramların vasitəsilə canlı video dialoqların aparılması, on-line yazışma (çat) – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə mesajlarla fikirlərin mübadiləsi, tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq on-line baxılması qeyd olunur.


Həkim məsləhətçi gələnə qədər pasiyent bütün zəruri instrumental və laborator müayinələrdən keçirilməsi, pasiyentin həkim məsləhətçi tərəfindən baxışı zamanı xəstənin müalicə həkimi, şöbə müdiri və çağıran tibb müəssisənin rəhbərliyinin nümayəndəsinin iştirakı barədə tələblər qeyd olunub.

 

Xəstənin həyati göstəricilərindən asılı olaraq, vaxt itkisinin qarşısını almaq məqsədilə tibbi təxliyə haqqında qərar ixtisaslı mütəxəssis tərəfindən məsafədən (telesəhiyyə texnologiyalarından istifadə edərək) verilməsi və xəstənin daşınması TTKTY-nin xüsusiləşdirilmiş briqada və ya ümumi qaydada yerli həkim mütəxəssisin iştirakı ilə həyata keçirilməsinin mümkünlüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar