
Tariximizi necə öyrənirik?
Bügünkü “Manşet”də “Tariximizi necə öyrənirik? ” mövzusu ilə bağlı tədqiqatçı Adıgözəl Məmmədov aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- Səfəvilər dövləti müasir Azərbaycan dövlətinin gen yaddaşıdır. Xətai bizim qürur yerimizdir, bu birmənalı şəkildə qəbul olunmalıdır. Yaxud Nərimanov öz dövrünün görkəmli şəxsiyyəti olub. Bir insanın fərqli ideoloji baxışları ola bilər, amma onun qanında azərbaycanlı qanı var idi, xalqını sevirdi.
- Son dövrlərdə liderlərin psixologiyasının onların siyasi fəaliyyətlərinə təsirinin tədqiqinə böyük diqqət yetirilir. Liderlərin özünüdərki və onların cəmiyyətin ictimai fəallığına təsiri indi hamı üçün maraqlıdır.
- Ayrı-ayrı psixoloj hadisələrin tədqiqinə dair dar analitik yanaşma psixoloji hadisələrin çoxşaxəliyinin və onların qarşılıqlı əlaqəsinin izahını vermir və verə də bilməz.
- Onu da qeyd etmək yerinə düşərdi ki, orqanizmin psixi, fiziki ehtiyatları son dərəcə böyükdür. Onların inkişafı, praktiki istifadəsi şəxsiyyətin təkmilləşməsi üçün əsas şərtdir.
- Tarix heç göründüyü kimi də olmur, dərinliyə vardıqca həm mücərrəd, həm də ziddiyətli məqamlarla rastlaşırıq, tədqiqatçı bəzən subyektivliyə də qapılır. Kitablarımın süjet xətlərində həmişə bir prinsipial şərtə əməl etmişəm - tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaq.
- İstənilən siyasətdə tarixi gerçəklik özünü mental yaddaş formasında büruzə verir. Əlbəttə, əgər sən bu mental yaddaşın daşıyıcısısansa. Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur. Azərbaycanda arxivlər tam açıqdır, sadəcə öz tədqiqatçısını gözləyir, kifayət qədər açılmayan məqamlar vardır
- Azərbaycan istedadlı, zəkalı, müasir düşünən, mütərəqqi sivilizasiyaya öz töhfəsini verən bir çox intellektləri yetişdirib və yetişdirir. Bu baxımdan Azərbaycanda dünya intellektual zirvənin ən üst mərtəbəsindədir.
- Azərbaycan Dövlət Tibb Universitetində təhsil alarkən şəxsiyyət və şəxsiyyətlərarası münasibətlər, lider və onu əhatə edənlərin psixologiyaları, liderə təsir mexanizmləri ətrafında araşdırmalar aparırdım.
- Mircəfər Bağırovun siyasi səhvlərinə haqq qazandırmaq istəmirəm, sadəcə hadisələri bir rəngdə görməyin tərəfdarı deyiləm. Cənubi Azərbaycan hərəkatının ideya daşıyıcısı, onu yaradan Mircəfər Bağırovdur. İstər Seyid Cəfər Pişəvəri, istər Şəbüstəri, istərsə də Padiqan onun təşəbbüsü ilə irəli çəkilmişdilər. Bu üçlük hərəkatın proqramını göndərirdi Bakıya, Mircəfər öz fikirlərini əlavə edib Təbrizə qaytarırdı.
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09