Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb. Lent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Qeyd edək ki, Kənan Quluzadə ixtisasca politoloqdur. O, jurnalistika karyerasına 1995-ci ildə “Şərq” agentliyində başlayıb. Daha sonra ANS telekanalında, “Zerkalo” qəzetində, “İnternyus” layihəsində, “Каспiй” və “Bakupost” qəzetlərində çalışıb.