Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Abşeron ərazisindəki mövcud və potensial sürüşmə sahələrinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib. Onun sözlərinə görə, xəritədən əlavə, sürüşmə sahələrinin coğrafi koordinantları və bu əraziyə düşən küçələr yazılı şəkildə Nazirlər Kabinetinə təqdim olunub.
S. Əmiraslanov deyib ki, xəritəyə Abşeron yarımadasındakı 12 sürüşmə sahəsinin konturları daxil edilib.
Bununla yanaşı, respublika ərazisi üzrə də sürüşmə sahələrinin dəqiq koordinantlarını əhatə edəcək xəritə hazırlanacaq.