Bakıda təmir işləri ilə əlaqədar daha bir yolda nəqliyyatın hərəkəti tam dayandırılcaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinində təmir işləri davam etdirilir. Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işləri axşam saat 23-24 radələrində başa çatdırıldıqdan sonra bağlanan hissənin açılması gözlənilir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.