Şura sədrindən QHT-lərə xəbərdarlıq
20 noyabr 2013 12:29 (UTC +04:00)

Şura sədrindən QHT-lərə xəbərdarlıq

"Biz yeganə donor təşkilatıyıq ki, QHT-lərə tam sərbəstlik vermişik  və onların rahatlığı üçün bütün imkanlar yaratmışıq". Lent. az-ın məlumatına görə, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib.   

Şura sədri onu da bildirib ki, QHT-lərdə belə bir rəy yaranır ki, Şuramız milli donordur və hesabatları gecikdirə, onun keyfiyyətinə əməl etməyə bilərlər: "Bu, özünü vaxtında maliyyə hesabatlarının verilməməsində göstərir. Müqavilə öhdəliyində olan bir çox məsələlərə əməl olunmur. Bununla bağlı biz QHT-lərə dəfələrlə  xəbərdarlıq edirik".

A.Quliyev vurğulayıb ki, əgər bu xəbərdarlıqlar nəticə vermirsə, onlarla bağlı konkret qərar qəbul edirik: "İki il müddətində bizim elan etdiyimiz layihələrdə iştirak hüququndan məhrum edilirlər. Bundan sonra isə həmin QHT-lər bizimlə əməkdaşlıq işlərində dönüş yaradırlar. Elə QHT-lər var ki, onların hesabat dövrü başa çatıb. Vaxtında hesabatı təqdim etməyən QHT-lərlə əməkdaşlıq etməyəcəyik".

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar