Şura QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
03 iyul 2014 18:54 (UTC +04:00)

Şura QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2014-cü ilin II qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda 100-ə qədər təşkilatın nümayəndəsi iştirak edib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək icra olunan  layihələrin səmərəliliyinin artırılmasının, müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı fikirlərini bildirib. Sonra Şura Katibliyinin əməkdaşları Həsən Səmədov, Vüsalə Süleymanova, Qalib Yaqubov, Nigar Ağakişiyeva, Xanım Cəbrayılova və Gülsəba Ələsgərova layihələrin icrası ilə bağlı hazırladıqları təlimatı QHT təmsilçilərinin diqqətinə çatdırıblar. Müzakirələr zamanı layihələrin icrası prosesində qarşıya çıxan kommunikasiya, hesabatlılıq, ictimaiyyətlə əlaqələrin qurulması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sessiyanın sonunda Şura Katibliyinin əməkdaşları QHT nümayəndələrinin suallarını cavablandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar