DSMF sosial sığorta müavinətləri ilə bağlı təqdimat keçirib
08 aprel 2015 13:47 (UTC +04:00)

DSMF sosial sığorta müavinətləri ilə bağlı təqdimat keçirib

Dövlət Sosial Müdafiə Fondu “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda dövlət və özəl sektoru təmsil edən sığortaedənlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə təqdimat-seminar keçirib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DSMF sədrinin müavini Zakir Babayev bildirib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Z. Babayev ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb. Tədbirdə təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev bildirib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər prezidentin sərəncamı ilə “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası”nın çərçivəsində müəyyən olunub. Konsepsiyanın əhəmiyyətindən bəhs edən F. Baxşıyev sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıdığını vurğulayıb.

 

Daha sonra DSMF-nin əməkdaşları təqdimatlarla çıxış edərək tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıblar.

 

Diqqətə çatdırılıb ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar