Bulvardakı pis qoxunun səbəbi nədir?
01 fevral 2015 13:26 (UTC +04:00)

Bulvardakı pis qoxunun səbəbi nədir?

Son aylarda Bakı bulvarının bəzi yerlərində, xüsusi ilə yeni salınmış hissədə sahil ərazilərdə xoşagəlməz vəziyyət yaranır. Lent.az-ın məlumatına görə, Xəzər dənizinin səviyyəsinin enməsi səbəbindən sahilin dayaz olduğu ərazilərdə çirkli torpaq səthi üzə çıxır. Dənizin səviyyəsinin enməsi bəzi ərazilərdə çirkab suların da bulvara axıdılmasının da "üstünü açır".

 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Lent.az-a açıqlamasında suyun səviyyəsinin düşməsi səbəbindən ciddi problemlərin yarandığını təsdiqləyib. N.Məcidov bildirib ki, dənizin səviyyəsinin enməsi ilə yanaşı bulvar sahillərində cəmləşən köçəri quşların ifrazatı da xoşagəlməz vəziyyətin yaranmasına səbəb olur: "Biz həmin əraziyə artıq texnika cəlb etmişik. Üzə çıxan çirkli örtük qazılaraq götürülür. Bu problem əsasən "Şeytan çarxı" kimi tanınan atraksionla Dövlət Bayrağı Meydanının arasındakı ərazidə müşahidə edilir. Çirkli örtük səbəbindən həm görüntü korlanır, həm də ətrafa pis qoxu yayılır. Bu səbəbdən də qərara gəldik ki, həmin torpaqlar götürülsün və sahil hissələri yenə su örtsün. Bir sözlə, deyə bilərəm ki, biz bu problemə qarşı laqeyd deyilik və işi də bizim idarə həyata keçirir".

 

Bulvarın sahil hissələrində dənizin səviyyəsinin enməsi parka istirahətə gələnləri daha çox yay aylarında narahat edir. Çünki yayda kəskin iy daha çox yayılır. Üstəlik qış aylarında bulvar sahilində cəmləşmiş köçəri quşların qoyub getdiyi ifrazat tulantıları da ayrıca problem yaradır. Dənizin səviyyəsinin enməsi isə, park boyunca dibdərinləşdirmə işlərinin daha geniş miqyasda həyata keçirilməsini zəruri edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar