“İyunun 7-də keçirilən buraxılış imtahanlarının nəticələrinin bu gün açıqlanması nəzərdə tutulur”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
E. Nağızadə onu da vurğulayıb ki, imtahanda “2” qiyməti alanların siyahısı da bu imtahanın nəticələri bəlli olduqdan sonra məlum olacaq.
Qeyd edək ki, iyunun 7-də növbəti buraxılış imtahanları Naxçıvan MR-də, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.