Somaya görə Türkiyənin Azərbaycandakı səfirliyində anım tədbiri keçirilib - YENİLƏNİB
15 may 2014 11:28 (UTC +04:00)

Somaya görə Türkiyənin Azərbaycandakı səfirliyində anım tədbiri keçirilib - YENİLƏNİB

Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş verən faciə ilə əlaqədar bu gün bu ölkənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan tərəfdən baş nazirin müavini Abid Şərifovla yanaşı tanınmış ictimai-siyasi xadimlər, Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

A. Şərifov bildirib ki, Türkiyədə mədəndə baş verən çox ağır, faciəli hadisədir: “Azərbaycan olaraq biz Türkiyədə ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da yanında olacaq. Bizim sevincimiz də, kədərimiz də ortaqdır”.

 

Səfir İsmayıl Alper Coçkun isə deyib ki, Azərbaycanda anım tədbiri “Bir millət, iki dövlət” prinsipi ilə keçirilir: “Bizim Azərbaycan prezidenti İlham Əliyevdən aldığımız başsağlığı mesajı, eyni zamanda Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.

 

Qeyd edək ki, bu günə plan məlumata görə, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb.

 

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar