Şöbə müdiri icra başçısının birinci müavini təyin edildi
Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ceyhun Əli oğlu Həsənov müvafiq əmrə əsasən, tutduğu vəzifədən azad edilərək İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Ceyhun Həsənov əvvəllər də uzun müddət icra aparatında müavin və birinci müavin vəzifələrində çalışıb.
1135