Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün Şirvan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.