Siropların faydası varmı? - MÜSAHİBƏ-VİDEO
12 aprel 2019 01:03 (UTC +04:00)

Siropların faydası varmı? - MÜSAHİBƏ-VİDEO

"Uşaqlar arasında istər qrip, istərsə də 200-ə qədər virusun törədici olduğu soyuqdəymə xəstəlikləri nəticəsində öskürək müşahidə olunur. Təəssüflər olsun ki, adətən həkim müayinəsi olmadan həmin uşaqlara öskürək siropları və öskürək dərmanları verilir”.

Bunu e-tibb-az-a müsahibəsində pediatr, Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.

Pediatr bildirib ki, bütün öskürəklər heç də tənəffüs yolu infeksiyaları ilə bağlı deyil, burada allergiyanı, bronxial astmanı, tənəffüs sistemində yad cisimlərin qalması və digər xəstəlikləri də nəzərdən qaçırmaq olmaz.

N. Sədiyeva, həmçinin uşaqlarda qrip, soyuqdəymə, ishal zamanı görülməli olan tədbirlər, qrip peyvəndləri, antibiotiklərdən istifadə və s. məqamlar barədə sualları da cavablandırıb.

# 689
avatar

Oxşar yazılar