“Sınaq qiymətləndirilməsi Bakıda 30 min müəllimi əhatə edəcək”. Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyev bildirib. O qeyd edib ki, qiymətləndirmə müsbətə doğru haldır: “Bütün bunlar müəllimlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdir”.
E. Əliyev onu da vurğulayıb ki, sınaq qiymətləndirilməsi Bakıda 4 zona üzrə keçiriləcək: “Qiymətləndirilmə 19 ixtisas üzrə aparılacaq”.
Nazirlik rəsmisi bildirib ki, artıq qiymətləndirilmə ilə bağlı sual bankı yaradılıb. “Məktəb direktorları, direktor müavinləri, laborantlar və psixoloqlar sınaq qiymətləndirilməsində iştirak etməyəcək. Yüksək nailiyyət göstərən müəllimlərin mükafatlandırılması nəzərdə tutulur”.