Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 26-da gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 26-da gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.