“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası bu həftə Azərbaycanın şimal rayonlarında monitorinqlərə başlayacaq”. Bunu Lent.az-a açıqlamasında Ekspedisiyanın rəisi Bəxtiyar Qaralov bildirib. Onun sözlərinə görə, monitorinqlər Quba, Qusar və Xızı rayonları ərazisində aparılacaq. “Monitorinq iyunun 13-də başlanacaq və 16-dək davam edəcək”-deyə, Nazirlik rəsmisi əlavə edib.
B. Qaralov onu da vurğulayıb ki, monitorinqin nəticəsi gələn həftənin ilk günlərində açıqlanacaq.