Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda Rusiya valyutası - rubl ilə bank hesabı açılıb. Bu barədə APA Müdafiə Nazirliyinin saytına istinadən məlumat verilib.
Buna qədər Fondun Azərbaycan manatı, ABŞ dolları və avro hesabları mövcud olub. Silahlı Qüvvələrə Yardım Fondunun bank hesabları Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialında yerləşir.
Qeyd edək ki, 1 yanvar 2013-cü il tarixinə Silahlı Qüvvələrə Yardım Fonduna yığılmış vəsaitin həcmi 35 744 346 manat, 205 791 ABŞ dolları və 593 avro olub. Fondun ümumi vəsaiti 45 milyon 740 min 674 ABŞ dolları təşkil edib.