Sığorta olunanların sayı artıb
09 yanvar 2013 13:20 (UTC +04:00)

Sığorta olunanların sayı artıb

2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 15,2 faiz artıb. Bu barədə Lent.az-a DSMF-dan məlumat verilib. 2012-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 299 220 sığorta olunanlara sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2266 074 nəfərə yüksəlib.

 

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 57, 1 faizi kişi, 42, 9 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 21, 8 faizini 30 yaşa kimi vətəndaşlar, 23, 5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23, 1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21, 3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10, 3 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

 

Hazırda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsinin daha da genişləndirilməsi tədbirləri davam etdirilməkdədir. 

 

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670
avatar

Oxşar yazılar