Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.
APA-nın məlumatına görə, ali mükafatı Tiflisdə səfərdə olan Şeyxülislama Gürcüstan prezidenti Georgi Marqvelaşvili təqdim edib.
Allahşükür Paşazadənin Azərbaycan və Gürcüstan, etnik xalqlar arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə təltif edildiyi bildirilib.