Seysmik rayonlarda tikintinin aparılmasına dair sənəd hazırlanıb
31 oktyabr 2014 11:18 (UTC +04:00)

Seysmik rayonlarda tikintinin aparılmasına dair sənəd hazırlanıb

“Müstəqillik illərində memarlıq və tikinti komplekslərinin problemləri ilə məşğul olunmağa başlanılıb. Konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş bina və qurğuların mühəndisi müayinəsi, yenidənqurulması, bərpa və gücləndirilməsi istiqamətində işlər aparılıb". 

 

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev bildirib. Onun sözlərinə görə, Bakı şəhərinin memarlıq inciləri və unikal binalarının müayinə olunaraq gücləndirilməsinə dair işlənmiş mühəndisi təkliflər tədqiq olunub. Tikinti materiallarının aqressiv təsirə dözümlülüyünün tədqiqi zamanı alınmış nəticələr "Bakı Metropoliteni" QSC-nin tyubinqlərinin və Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının konstruksiyalarının korroziyaya uğramasının qarşısının alınmasında istifadə olunub". 

A.Qarayev deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən “Yüklər və təsirlər”, “Svaylı bünövrələr”, “Seysmik rayonlarda tikinti”, “Beton və dəmir-beton konstruksiyaları”, “Polad konstruksiyaları”, “Ağac konstruksiyaları”, “Daş və armodaş konstruksiyalar”, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi”, “Bina və qurğuların qrunt əsasları”, “Dam örtükləri” və “Yerli materiallardan istifadə etməklə seysmik rayonlarda tikintinin aparılması üzrə tövsiyyələr” kimi normativ sənədlər işlənərək bu il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. 

 

İnstitut direktoru həmçinin deyib ki, hazırda Komitənin sifarişi ilə “Armaturlu sement konstruksiyaların”, “Hidrotexniki qurğuların beton və dəmir-beton konstruksiyaları”, “İdarə və təşkilatlar üçün bina və otaqlar”, “Avtomobil yolları və dəmir yollarının tunelləri” və s. yeddi layihələndirmə norması üzərində iş gedir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar