Seyid Camal Əzimbəyli prezidentə müraciət edib
13 avqust 2013 19:24 (UTC +04:00)

Seyid Camal Əzimbəyli prezidentə müraciət edib

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli şəhər park və yaşıllıqlarında, o cümlədən, Heydər Əliyev parklarında qanunsuz fəaliyyət göstərən çayxanaların bağlanması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Əzimbəyli park və xiyabanlarda, küçələrdə fəaliyyət göstərən çayxanaların fəaliyyətinə ciddi nəzarət edilməsini xahiş edib. “İnsanların istirahəti üçün onlara yaradılan şəraitə, göstərilən diqqətə görə Sizə dərin ehtiram və təşəkkürlərini ifadə edirlər.

Ancaq yay mövsümü ilə əlaqədar hazırda Bakı şəhərinin ayrı-ayrı park və meydançalarında mövsümi obyektlər, çayxanalar təşkil olunub. Bunlar da vətəndaşların narazılığına səbəb olur”.

S.C.Əzimbəyli çayxanaların daha çox Heydər Əliyevin adının verildiyi parklarda ətrafı “eybəcərləşdirmək”lə məşğul olduğunu deyib və tədbirlər görülməsini rica edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Oxşar yazılar