Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Mart
09 mart 2015 20:00 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 9 Mart

GÜNÜN ŞƏRHİ
 
Dünyada gedən iqtisadi böhranı stimullaşdıran ölkələrin başında ABŞ və Səudiyyə Ərəbistanı dayanır. Neftin ucuzlaşması siyasətini yürüdən iki ölkə. ABŞ OPEK-i səudiyyəlilər vasitəsilə idarə edir, Ər-Riyadın bu mövqeyi iki nəticəyə səbəb olur. Birincisi, ABŞ məhz Səudiyyə Ərəbistanı sayəsində OPEK-ə dolayı təsir imkanı əldə edib, ikincisi bu gizli-açıq müttəfiqlik ABŞ-ın dünya neft bazarına hasilatçı ölkə kimi daxil olmasına şərait yaradıb. Səudiyyə Ərəbistanı məhz ABŞ-ın diktəsi ilə Avropa və Asiyaya nefti fərqli qiymətlərlə satmaq barədə qərar qəbul edib, məhz Vaşinqtonun sifarişi nəticəsində neft hasilatını artıraraq qiymətlərin ucuzlaşmasına təsir göstərib. Bu mənada dünya silah bazarında ABŞ-ın bir nömrəli tərəfdaşının məhz Səudiyyə Ərəbistanı olması kimsəni təəccübləndirməsin. İŞİD-i dəstəkləyən Səudiyyə Ərəbistanı ilə İŞİD-ə qarşı mübarizə apardığını elan edən ABŞ-ın dostluğu da kimsədə təəccüb doğurmasın. Çünki İŞİD bir amerikan-səudiyyə layihəsidir. Vaşinqton bu layihə ilə Şərqdə “parçala, hökm sür” siyasəti yürüdür, Səudiyyə isə İŞİD faktorunda ərəb dünyasındakı rəqiblərini zəiflətmək məqsədilə yararlanır. Tarix belə faktlarla doludur, təkcə “Əl-Qaida” terror təşkilatını xatırlamaq yetər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar